Salonikidə 20 Yanvar şəhidləri anılıb
Saloniki, 21 yanvar, AZƏRTAC
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Qanlı Yanvar faciəsini anım günü tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, digər millətlərin nümayəndələri və yunanlar da iştirak ediblər.
Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan xalqının tarixinə təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi, milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.
Tədbirdə, həmçinin 20 Yanvar hadisələri barədə sənədli film nümayiş olunub və ehsan süfrəsi ətrafında müzakirələr aparılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki
Özbəkistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb
Meksika mətbuatı 20 Yanvar faciəsinin 33-cü ildönümündən yazıb
20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb