×
A
A
A
Sazlamalar

Madriddə 30 mindən çox insan hökumətə etiraz aksiyasına çıxıb

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün Madriddə 30 mindən artıq insan hökumətə etiraz aksiyasına çıxıb.
AZƏRTAC xəbər verir ki, mitinq şəhər meriyasının yerləşdiyi Sibeles meydanından başlayıb. Aksiya iştirakçıları “Sançes – istefa!” və “Sançes – həbsxana!” şüarlarını səsləndirərək, hökuməti və hazırkı Baş nazir Pedro Sançesi istefaya çağırıblar.
Aksiyanın təşkilatçıları “demokratiyanı, Konstitusiyanı, azad və qanun qarşısında bərabər vətəndaşlardan ibarət İspaniyanı müdafiə etməyə” çağıran manifest səsləndiriblər. Onlar ölkənin Cinayət Məcəlləsinə qiyama təhrikçilik cinayətinin ləğv olunması ilə bağlı edilən dəyişikliklərə də etirazlarını bildiriblər. 2017-ci ildə müstəqillik barədə qeyri-qanuni referendumun təşkilinə aidiyyəti olan kataloniyalı siyasətçilər 2019-cu ildə bu maddə üzrə məhkum olunublar.

Dünya 2023-01-21 18:13:00