×
A
A
A
Sazlamalar

Kreditlərin 97,3 faizi banklar tərəfindən verilib

Bakı, 21 yanvar, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2022-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, milli valyuta ekvivalentində 20218,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 16312,5 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 18,4 faiz azalaraq 641,3 milyon manat olub və ümumi kredit portfelinin 3,2 faizini təşkil edib.

Maliyyə 2023-01-21 14:17:00