×
A
A
A
Sazlamalar

Slovakiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Slovakiyada yanvarın 21-də konstitusiyaya əlavələrlə bağlı ümummilli referendum keçirilir.
AZƏRTAC Slovakiya mediasına istinadla xəbər verir ki, 5,5 milyonluq ölkənin 4,5 milyon seçicisi Milli Məclisin (parlament) plebisit nəticələrinə görə buraxılması imkanı barədə suala cavab verməlidir. Hazırda buna yalnız ölkə prezidentinin hüququ çatır.
Yerli vaxtla saat 07:00-dan 22:00-dək davam edəcək referendumun ilkin nəticələri bazar günü elan olunacaq. Qeydə alınnan seçicilərin 50 faizinin iştirakı halında referendum baş tutmuş sayılacaq. Dəyişikliklərin qəbulu üçün isə iştirakçıların yarıdan çoxunun səsinə ehtiyac var.
Bu, Slovakiyanın 30 illik tarixi ərzində doqquzuncu referendumdur. Onlardan yalnız birinin nəticələri təşəbbüskarlar üçün uğurlu olub. Belə ki, 2003-cü ildə ölkə vətəndaşlarının əksəriyyəti respublikanın Avropa İttifaqına daxil olmasını dəstəkləyib.

 

 

Dünya 2023-01-21 13:30:00

Video