Ötən il BMT-nin 32 sülhməramlısı həlak olub
Bakı, 21 yanvar, AZƏRTAC
Ötən il bütün dünyada BMT-nin 32 sülhməramlısı – 28 hərbçi və aralarında bir qadının da olduğu dörd polis əməkdaşı hücumlara məruz qalaraq həlak olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Malidəki missiya artıq ardıcıl olaraq doqquzuncu ildir ən təhlükəli istiqamət sayılır. Ötən il Afrikanın bu ölkəsində 14 sülhməramlı öldürülüb. Eyni zamanda, Konqo Demokratik Respublikasında 13, Mərkəzi Afrika Respublikasında 4, Livanda isə bir sülhməramlı qətlə yetirilib.
Qeyd edək ki, 2020-ci ildə həlak olan sülhməramlıların sayı 15 nəfər, 2021-ci ildə isə 25 nəfər təşkil edib. Ümumilikdə isə son 12 il ərzində bütün dünyada müxtəlif hücumlar nəticəsində BMT-nin 494 əməkdaşı öldürülüb.
ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır
KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib
Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür