×
A
A
A
Sazlamalar

Çində ay təqvimi ilə Yeni il bayramı qeyd olunur

Bakı, 21 yanvar, AZƏRTAC

Çin yanvarın 22-nə keçən gecə ay təqvimi ilə “Çuntsze” (Bahar bayramı) - yeni ilə qədəm qoyacaq.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, bu il Çuntsze bütün ölkədə koronavirusun yayılmasına qarşı tətbiq olunan sərt məhdudiyyətlərin aradan qaldırılması fonunda keçiriləcək. Ölkədə yeni il tətili yanvarın 27-dək uzadılacaq, bayramın qeyd olunması isə iki həftə davam edəcək.
Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, bayram tətilləri zamanı 2 milyarddan çox insan səyahətə çıxacaq ki, bu da pandemiyadan öncəki 2019-cu ilin analoji dövründə qeydə alınan göstəricinin 70,3 faizini təşkil edir.

 

 

Dünya 2023-01-21 13:11:00