×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 99 cinayətin açılması təmin olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 20-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

Hadisə 2023-01-21 10:55:00