Cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tərtər, 21 yanvar, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Azərbaycanda ilk dəfə: Saatlıda intensiv əncir bağı salınır
Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günündən reportaj VİDEO
Akademik Rus Dram Teatrının kollektivi Gəncədə çıxış edib