Fransa ordusuna 2024-2030-cu illərdə 400 milyard avroluq büdcə ayrılıb
Paris, 21 yanvar, AZƏRTAC
Fransa ordusuna 2024-2030-cu illərdə 400 milyard avroluq büdcə ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə prezident E.Makron Mont-de-Marsan bazasındakı çıxışında hərbi proqramlaşdırma qanununun əsas istiqamətlərini açıqlayarkən deyib. Bildirib ki, Fransanın əsrin təhlükələrinə sinə gərməyə hazır ordusu var və gələcəkdə də olacaq. Fransa ordusu qarşıdan gələn 2024-2030-cu illərdə 400 milyardlıq büdcə zərfinə malikdir ki, bu da ötən zərfdən 295 milyard avro çoxdur. Qeyd edib ki, bu büdcə təhlükələrə mütənasib olaraq kifayət edəcək.
Fransa hərbi kəşfiyyat idarəsinin, eləcə də müdafiə, kəşfiyyat və təhlükəsizlik idarəsinin büdcəsi də 60 faiz artıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib