Rusiya Futbol İttifaqının rəsmiləri UEFA ilə sanksiyaların ləğvini müzakirə edəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Rusiya Futbol İttifaqının (RFİ) rəsmiləri yanvarın 24-də UEFA-dan olan həmkarları ilə görüşərək Rusiya klublarının və komandalarının beynəlxalq turnirlərə qayıtması məsələsini müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Yanvarın 24-də UEFA-nın ofisində RFİ və UEFA nümayəndələrinin görüşü nəzərdə tutulub. Görüşdə Rusiya klublarının və komandalarının beynəlxalq oyunlara qayıtması üçün potensial imkanlar müzakirə olunacaq", - deyə bildirilib.
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib