Fransanın Burkina-Fasodakı hərbi mövcudluğuna qarşı nümayiş keçirilib
Bakı, 20 yanvar, AZƏRTAC
Fransanın Burkina-Fasodakı hərbi mövcudluğuna qarşı nümayiş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Etirazçılar Uaqaduqu şəhərində Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb edib, Fransa bayraqlarını yandırıblar.
“Biz öz hərəkətlərimizlə göstərmək istəyirik ki, ölkəmizin artıq Fransaya ehtiyacı yoxdur”, - deyə etiraz nümayişinin təşəbbüskarlarından olan Adama Savadoqo bildirib.
Qeyd edək ki, Burkina-Fasonun da daxil olduğu Saxel regionu ölkələrində 5 mindən çox fransız əsgəri var.
Rusiyaya məxsus yük gəmisi Finlandiya limanında saxlanılıb
Qeyri-qanuni yollarla ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır
Türkiyədə 4,4 bal gücündə zəlzələ qeydə alınıb
Argentinada 6,5 bal gücündə zəlzələ olub
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər