İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Bakı, 20 yanvar, AZƏRTAC
İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb sabah Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında “Qurani-Kərim”in yandırılmasına icazə verilməsi olub.
Səfirin diqqətinə çatdırılıb ki, PKK-ya bağlı dairələrin bu cür təxribat xarakterli hərəkətlərinə icazə vermək olmaz və şiddətlə qınanılır. İsveçin mövqeyinin qəbuledilməz olduğu, müqəddəs dəyərlərin təhqir oluna bilməyəcəyi vurğulanıb.
“PKK-ya bağlı dairələrin sabah Stokholmun mərkəzində keçirəcəyi nümayiş, terror təşkilatları və onların havadarlarının təbliğat fəaliyyətinə icazə verilməsi üçtərəfli razılaşmanın (Türkiyə, İsveç və Finlandiya arasında) açıq şəkildə pozulmasıdır”, - deyə qeyd olunub.
ABŞ-da tornado nəticəsində ölənlərin sayı 23-ə çatıb
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
Danimarka “Şimal axını”nda tapılan obyektin partlayıcı olmadığını bildirib
Putin: Ukraynaya silah tədarükü təhlükə yaradır
UNICEF: Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var