Çində qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb
Bakı, 20 yanvar, AZƏRTAC
Çinin cənub-qərbindəki Tibet muxtar bölgəsində tunel yaxınlığında baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Daha əvvəl telekanal 20 nəfərin öldüyü, 8 nəfərin isə itkin düşdüyü barədə məlumat vermişdi.
Qar uçqunu çərşənbə axşamı Nyinçi şəhəri yaxınlığında olub. Xilasedicilərin sözlərinə görə, uçquna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.
Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb
AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib