×
A
A
A
Sazlamalar

Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Şirvan, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda 20 Yanvar faciəsinin 33-cü ildönümündə ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, hərbçilər, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.
Daha sonra Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və 20 Yanvar şəhidlərinin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb. Həmçinin “Şəhid anası” memorial abidə kompleksinin önünə əklil qoyulub.
Şirvan şəhər 20 nömrəli tam orta məktəbin şagirdləri vətənə və şəhidlərə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstləri ehtiramla yad edilib. Milli qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların göstərdikləri şücaətlər barədə məlumat veriblər.

 

Regionlar 2023-01-20 20:20:00