×
A
A
A
Sazlamalar

Rusiyadan Avropaya qaz nəqli yanvarın əvvəlindən 40 faiz azalıb

Moskva, 20 yanvar, AZƏRTAC

Rusiyadan Avropaya Ukrayna ərazisi vasitəsilə qaz nəqli yanvarın əvvəlindən 40 faiz azalıb. Yanvarın 20-də bu göstərici 23 faiz aşağı düşərək, sutkada 25,1 milyon kubmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti məlumat yayıb.
Ukrayna ərazisi Rusiya qazının Qərbi və Mərkəzi Avropaya nəqli üçün yeganə yoldur.
“Şimal axını” ilə nəql qəzadan sonra tamamilə dayandırılıb, “Türk axını” isə yalnız Türkiyə və Cənubi və Cənub-Şərqi Avropanın təchizatı üçün nəzərdə tutulub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Dünya 2023-01-20 18:18:00