Cənub bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Lənkəran, 20 yanvar, İlkin Adıyev, AZƏRTAC
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın cənub rayonlarında da böyük ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 33-cü ildönümü ilə əlaqədar Lənkəran, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarında Şəhidlər xiyabanları ziyarət olunub, anım mərasimləri keçirilib.
Anım mərasimlərində rayon icra hakimiyyətlərinin rəhbərləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Gün ərzində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksləri ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzülüb.
Bütün rayonlarda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən siqnallar verilib.
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub
Ağalı sakinləri Novruzu böyük sevinclə qarşılayıblar
Talış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib VİDEO
Qoçaq Əsgərov illər sonra doğma kəndində bayram tonqalı qaladı FOTO VİDEO