×
A
A
A
Sazlamalar

Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 20 yanvar, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi və paytaxtın təhsil işçiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

 

Elm və təhsil 2023-01-20 15:10:00