Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Bakı, 20 yanvar, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, icmanın rəhbərliyi və üzvləri şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər.
Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib