×
A
A
A
Sazlamalar

Seysmoloji Mərkəzin əməkdaşları onlayn konfransda iştirak ediblər

Bakı, 20 yanvar, AZƏRTAC

Seysmoloji Mərkəzin nümayəndələri “Boulder Real Time Technologies” (BRTT) (Proqram Təminatı Şirkəti) və Amerikanın “Kinemetrics” şirkəti tərəfindən keçirilən Virtual Antelope İstifadəçi Qrupunun onlayn konfransında iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən onlayn konfransda “Antelope 5.12-də yeniliklər: Çətinliklər və Gələcək İstiqamətlər”, “Alyaska Zəlzələ Mərkəzinin Səlahiyyətli Kataloqunun necə yaradıldığını yenidən təsəvvür etmək”, “Buludda seysmik şəbəkələr” mövzularında məruzələr dinlənilib, təqdimatlar nümayiş etdirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova, büronun mühəndis-proqramlaşdırıcısı Yeganə Muradova və büronun mühəndisi Güllü Məhərrəmova iştirak ediblər.

Ekologiya 2023-01-20 14:48:00