×
A
A
A
Sazlamalar

Azərbaycan istiqlal yolunun zirvəsi

Hacıqabul, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "20 Yanvar xatirələrdə" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyi, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Hacıqabul Gənclər və İdman İdarəsi və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, biz bu tarixi unutmur, faciə qurbanlarını dərin hüznlə anırıq.
Həmçinin tədbir zamanı gənclərə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, bu günün təkcə faciə deyil, Azərbaycan istiqlal yolunun zirvəsi olduğu qeyd edilib.
Tədbirin sonunda 20 Yanvar həqiqətlərini özündə əks etdirən qısametrajlı videoçarx izlənilib.

Regionlar 2023-01-20 14:45:00