×
A
A
A
Sazlamalar

YAP-ın nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.
Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

20 yanvar 2023-01-20 14:00:00

Video