×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda tapança satmaq istəyən şəxs saxlanılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı bir “Makarov” markalı tapança, 4 patron və sandıqça aşkarlanaraq götürülüb. İ.Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 19-cu polis şöbəsində toplanan materiallar rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2023-01-20 14:00:00