×
A
A
A
Sazlamalar

Füzuli rayonunda Şəhidlər abidəsinin önünə qərənfillər düzülüb

Füzuli, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qürur və hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 20 Yanvar qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi dərin hüznlə yad edilib.

Regionlar 2023-01-20 13:26:41