×
A
A
A
Sazlamalar

Muxtar Babayev: Qarabağdakı yataqlarda monitorinqlə bağlı məqsədimizə nail olacağıq

Bakı, 20 yanvar, AZƏRTAC

Təəssüf ki, işğal dövründə torpaqlarımızda Ermənistan tərəfindən təbiətimizə qarşı vandallıq törədilib. İstər meşələrimiz, istər çaylarımız, istərsə də yataqlarımız erməni vəhşiliyinin qurbanı olub. Törədilən ekosid nəticəsində dəymiş ziyanın hesablanması üçün monitorinq keçirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın əsas məqsədi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin talan olunmasının qarşısını almaqdır: "Həmin ərazilərə monitorinq qrupunun daxil olması ilə bağlı irəli sürdüyümüz tələblərin yerinə yetirilməsi istiqamətində ciddi işlər davam etdirilir və biz buna nail olacağıq".

Ekologiya 2023-01-20 13:16:00