×
A
A
A
Sazlamalar

Daşkəsəndə ümumrayon anım mərasimi keçirilib

Daşkəsən, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Daşkəsəndə də ümumrayon anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı Şəhidlər xiyabanında “Əbədi məşəl”in önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimizin xatirəsi anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə tər qərənfillər düzülüb.
İcra başçısı Əhəd Abıyev anım mərasimində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Regionlar 2023-01-20 12:36:34