×
A
A
A
Sazlamalar

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilir

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilir

Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak edirlər.

Regionlar 2023-01-20 11:32:55