×
A
A
A
Sazlamalar

Səhiyyə naziri risk qrupuna aid insanları qrip əleyhinə peyvənd olunmağa çağırıb

Bakı, 20 yanvar, AZƏRTAC

İki ildən çox ciddi pandemiya rejimində yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyaların insanlar arasında mübadiləsi pozulur, ara-sıra mövsümi qrip sıçrayışları qeydə alınır. Bunların hamısına hazırlıqla əlaqədar Səhiyyə Nazirliyi vasitəsilə bu mövsüm üçün qrip əleyhinə vaksinlər gətirilib və ilkin səhiyyə xidmətləri göstərən bütün müəssisələrə, TƏBİB-in nəzdindəki ailə sağlamlıq mərkəzlərinə, şəhər, rayon polikilinikalarına paylanılıb. Həmin vaksinlərin saxlanılma qaydaları monitorinq və nəzarət altındadır.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
"Fürsətdən istifadə edərək yaşlı əhalini və ciddi xroniki xəstəliyi olanları qrip əleyhinə vaksinasiyaya qoşulmağa çağırıram", - deyə nazir qeyd edib.

Səhiyyə 2023-01-20 10:22:00