×
A
A
A
Sazlamalar

Serbiya Ukraynaya humanitar yardım göndərəcək

Belqrad, 20 yanvar, AZƏRTAC

Serbiyanın Ukraynaya humanitar yardım göndərəcəyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya hökumətinin paytaxt Belqradda keçirdiyi iclasda qərar qəbul olunub.
Bildirilib ki, iclasda müharibə şəraitindəki Ukraynaya humanitar yardım göndərilməsinə qərar verilib. Yardım Ukraynanın elektrik sistemlərinə dəstək məqsədilə həyata keçiriləcək.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-01-20 05:56:00