×
A
A
A
Sazlamalar

Monteneqroda “Omikron” ştamının subvariantına yoluxma faktı qeydə alınıb

Podqoritsa, 20 yanvar, AZƏRTAC

Monteneqroda COVID-19-un “Omikron” ştamının mutasiyaya uğramış “Kraken” (XBB.1.5) variantına ilk yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə İnstitutu XBB.1.5 ştamının aşkarlandığı ölkələr siyahısına Monteneqronun da əlavə olunduğunu açıqlayıb, vətəndaşları vaksinasiyadan keçməyə çağırıb. Bildirilib ki, yoluxma hadisəsi yaxından izlənilir.
“Kraken” ştamı əsasən ABŞ-da sürətlə yayılır, Avropanın bir çox ölkəsində də rast gəlinib.
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi yanvarın 13-də “Omikron” ştamının “Kraken” adlanan XBB.1.5 subvariantının aşağı risk səviyyəsinə malik olduğunu açıqlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Dünya 2023-01-20 03:10:00