×
A
A
A
Sazlamalar

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərindəki bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

Ordu 2023-01-19 19:03:00

Video