×
A
A
A
Sazlamalar

Oğuzda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib

Oğuz, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz şəhər 3 nömrəli məktəb-liseydə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri başa çatıb. Oğuz rayon Təhsil sektorunun, rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirdə 10 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Yekun nəticəyə əsasən, Qarabulaq kənd tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Calut, Böyük Söyüdlü kənd və Oğuz şəhər 1 nömrəli tam orta məktəblərin komandaları sonrakı yerləri tutublar.
Turnirin bağlanış mərasimində qaliblər diplomlarla mükafatlandırılıblar.

Regionlar 2023-01-19 18:42:51