×
A
A
A
Sazlamalar

Ov qaydalarını pozan xarici vətəndaşlar cəzalandırılıblar

Bakı, 19 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Şahvani və Muhammed Qanim Maal Xayarin olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-01-19 16:54:00