×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondu bu il üzrə ipoteka kreditləri üçün limitlər ayırıb

Bakı, 19 yanvar, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu yanvarın 24-ü saat 11:00-da başlayacaq.
Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

 

Maliyyə 2023-01-19 16:25:00