×
A
A
A
Sazlamalar

Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq

Bakı, 19 yanvar, AZƏRTAC
Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov yanvarın 19-da “Kiçik həcmli mühərrikə malik avtomobillərin sığortalanması” mövzusuna həsr edilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda dünyada xidmətlər elektron formaya keçirilir. Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvarın 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir. İcbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir.

Maliyyə 2023-01-19 15:51:00