×
A
A
A
Sazlamalar

Qusar Dövlət Ləzgi Dram Teatrı 20 Yanvar faciəsinə həsr olunan tamaşanı təqdim edib

Qusar, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rafiq Səməndərin “Şəhidlər” əsəri əsasında hazırlanan tamaşada yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapıb.
Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdirilən tamaşanın rejissoru teatrın direktoru Faiq Qardaşovdur.
Şəhidlərin xatirəsinə həsr edilmiş tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. Səhnə əsərində 30-a yaxın aktyor rol alıb.
Tamaşanın yanvarın 20-də təkrar nümayişi nəzərdə tutulub.

Regionlar 2023-01-19 14:32:36