×
A
A
A
Sazlamalar

Bankın işçilərini hədələyərək pul tələb edən şəxs zərərsizləşdirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisindəki filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyənləşdirilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.



Hadisə 2023-01-19 13:33:00