×
A
A
A
Sazlamalar

Şirvanda "Qana dönən qərənfillər" tamaşası nümayiş olunub

Şirvan, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Qana dönən qərənfillər" adlı tamaşa nümayiş olunub.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşununun Bakıya girməsini və dinc əhalini qətlə yetirməsini, bu faciəyə zəmin yaradan hadisələri əks etdirən tamaşa maraqla qarşılanıb.
Tamaşadan sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov xalqımızın Azərbaycanın qan yaddaşına çevrilmiş Qanlı 20 Yanvar faciəsini heç vaxt unutmayacağını bildiriblər.

 

Regionlar 2023-01-19 10:36:00