×
A
A
A
Sazlamalar

“Mercedes” pilotu Luis Hamiltonla müqaviləni yeniləməyə hazırlaşır

Bakı, 19 yanvar, AZƏRTAC

Formula 1 komandası “Mercedes” britaniyalı pilotu Luis Hamiltonla müqaviləni yeniləməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın rəhbəri Toto Volf məlumat verib.
T.Volf yaxın günlərdə Formula 1 üzrə yeddiqat dünya çempionu ilə danışıqlara başlayacaqlarını söyləyib. O, yeni mövsümün startınadək yeni sözləşməyə imza atacaqlarına əminliyini bildirib.
Xatırladaq ki, ötən mövsüm L.Hamilton çempionatı altıncı pillədə başa vurub. Onun komanda yoldaşı Corc Rassell isə dördüncü yeri tutub.

Formula-1 2023-01-19 05:39:00