Astara sakinlərində qanunsuz saxlanılan silahlar aşkarlanıb
Astara, 18 yanvar, İlkin Adıyev, AZƏRTAC
Astara sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı bu ilin əvvəlindən keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Cəbrayıl rayonunun Söyüdlü kəndi FOTO
Bakı sakinləri Cəlilabadda külli miqdarda narkotik vasitələrlə tutulublar
Böyük Qayıdışın növbəti ünvanı – Talış kəndindən reportaj VİDEO