Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin əziz xatirəsi anılıb
Şirvan, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Məmmədli Cavid Natiq oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Cavid Məmmədlinin xatirəsini ananlar sırasında ailəsi ilə bərabər, icra hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları da yer alıblar.
Şəhidlər xiyabanında Cavid Məmmədlinin və digər şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzülüb, xatirələri ehtiramla anılıb. Çıxış edənlər Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə Cavidin valideynlərinə təşəkkür ediblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Prezident-ordu-xalq vəhdətinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi vurğulanıb. Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığı diqqətə çatdırılıb. Vətən uğrunda canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavid və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların şücaətinin qədirbilən xalqımız tərəfindən unudulmayacağı qeyd edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizdən əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyi, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığı söylənilib.
Vətən müharibəsinin şəhidi Məmmədli Cavid Natiq oğlunun xatirəsinə həsr olunmuş tədbir Gənclər Evi Sosial Xidmət Müəssisəsində davam edib.
Azərbaycanda ilk dəfə: Saatlıda intensiv əncir bağı salınır
Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günündən reportaj VİDEO
Akademik Rus Dram Teatrının kollektivi Gəncədə çıxış edib