×
A
A
A
Sazlamalar

Məşhur fotojurnalist Reza Deqati 20 Yanvarla bağlı paylaşım edib

Bakı, 18 yanvar, AZƏRTAC

Məşhur fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində 20 Yanvarla bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda fotoqraf və ATV telekanalının birgə hazırladığı “Diqqəti çəkən həqiqət” filmi haqqında məlumat verilib.
Bildirilib ki, tezliklə yayımlanacaq filmdə Reza Deqati Qanlı Yanvar xatirələrini, yaşadığı ağlasığmaz çətinlikləri ilk dəfə olaraq ətraflı şəkildə izləyicilərə çatdıracaq.

Mədəniyyət 2023-01-18 18:09:00