×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn formatda baş tutan “Açıq qapı” günündə rektor Şahin Bayramov tələbələr, magistrantlar və onların valideynləri ilə görüşüb. İmtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan rektor universitetdə davam edən imtahan sessiyasının təşkilindən və təhsilalanların göstəricilərindən məmnunluğunu ifadə edib.
Görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Tələbələr və valideynlər universitetdə imtahan sessiyasının gedişatından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari il fevralın 1-dək hər həftə təşkil olunması nəzərdə tutulub.

Regionlar 2023-01-18 17:56:00