Ağstafa sakinlərində narkotik vasitə aşkar edilib VİDEO
Ağstafa, 18 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb. Saxlanılan şəxslərin üstlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bundan başqa polis şöbəsinə rayonun Poylu qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 5 ədəd müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14 ədəd 7.62 mm-lik, 138 ədəd 5.45 mm-lik avtomat patronu, 81 ədəd boş giliz və 2 ədəd “F1” əl qumbarası aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub
Ağalı sakinləri Novruzu böyük sevinclə qarşılayıblar
Talış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib VİDEO
Qoçaq Əsgərov illər sonra doğma kəndində bayram tonqalı qaladı FOTO VİDEO