×
A
A
A
Sazlamalar

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
2023-cü ilin əvvəli yuvarlaq tarixlə - Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu tarixi hadisə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.
Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.
Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.
Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,

 


Sadır Japarov
Qırğız Respublikasının Prezidenti

Məktublar 2023-01-18 17:31:00