Ötən il əsas kapitala 18 milyard manatdan çox vəsait yönəldilib
Bakı, 18 yanvar, AZƏRTAC
2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci illə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb.
İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Sözügedən vəsaitlərin 13 milyard 461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Həmçinin əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, digər vəsaitlər isə 5 faiz təşkil edib.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub