×
A
A
A
Sazlamalar

AAYDA-nın İdarə Heyətinin sədri Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşüb VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

Regionlar 2023-01-18 16:16:00

Video