Xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb VİDEO
Biləsuvar, 18 yanvar, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxsdən 13 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq götürülüb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı Nicat Babayev Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndi ərazisində saxlanılıb. Ona məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə 7 kiloqrama yaxın heroin, 5 kiloqram 200 qram həşiş qətranı, 500 qram marixuana, 390 qrama yaxın metamfetamin və 230 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, N.Babayev həmin narkotik vasitələrin satışını təşkil etməli imiş.
Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 11 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub
Ağalı sakinləri Novruzu böyük sevinclə qarşılayıblar
Talış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib VİDEO
Qoçaq Əsgərov illər sonra doğma kəndində bayram tonqalı qaladı FOTO VİDEO