×
A
A
A
Sazlamalar

Dövlət büdcəsi ilə bağlı maarifləndirici videoçarx hazırlanıb VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Maliyyə Nazirliyi dövlət büdcəsi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videoçarx vətəndaşların mürəkkəb və xüsusi bilik tələb edən ali maliyyə sənədi olan dövlət büdcəsini daha asan və aydın şəkildə başa düşmələrinə yardımçı olacaq. Videoçarxda ölkə idarəetməsinin ən vacib bir prosesi olan dövlət büdcəsi, o cümlədən onun strukturu, büdcənin gəlir mənbələri, xərc istiqamətləri, büdcə kəsiri, büdcə artıqlığı sadə və anlaşılan dildə izah edilir.

Maliyyə 2023-01-18 15:06:00

Video