×
A
A
A
Sazlamalar

“Signify” şirkəti Azərbaycanın aqrar sektorunda layihələrin icrasına başlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

“Signify” şirkəti tərəfindən Azərbaycanın aqrar sektorunda layihələrin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat Prezident İlham Əliyevlə Davosda görüşündə bildirib.
Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə dövlətimizin başçısına məlumat verən Erik Rondolat deyib ki, bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Kənd təsərrüfatı 2023-01-18 12:36:00