×
A
A
A
Sazlamalar

Sabunçuda avtomobil qəzası: Bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 17-də saat 20 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Şərifovun idarə etdiyi “Opel” və F.Orucovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində “KİA” markalı avtomobildə olan sərnişin - paytaxt sakini M.Qarayev hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2023-01-18 11:43:00